Şahdağda yeni əyləncə mərkəzləri istifadəyə verildi – QİYMƏTLƏR

Xəbərlər 27 Yanvar 2017 00:00 984
Şahdağda yeni əyləncə mərkəzləri istifadəyə verildi – QİYMƏTLƏR

Şahdağda daha 2 əyləncə məkanı yaradılıb.  “Şahdağ” Turizm Mərkəzində bu il qış əyləncələri sırasına atıcılıq və buz meydançasında konki sürmə əlavə olunub. Bu barədə Turizm.fins.az-a Mərkəzdən məlumat verilib.

Buz meydançası axşam saat 6-dan gecə saat 12-yə kimi fəaliyyətdə olur. Ümumi ərazisi 510 kv.metrdir. Atıcılıq poliqonu isə səhər saat 10-dan axşam saat 5-dək fəaliyyətdə olur. Poliqonun ümumi sahəsi 600 kv.metrdir.

Qiymətlərə gəlincə isə buz meydançasında 10 dəqiqə konki sürmək 5 manat,  20 dəqiqə konki sürmək isə 10 manatdır.

Atıclıq poliqonundə atəş  açmaq istəsəz isə bir ədəd güllə üçün 1.20 manat ödəməli olacaqsız.  

OXŞAR XƏBƏRLƏR