“Starbucks”dan maraqlı addım

Xəbərlər 30 Yanvar 2017 00:00 1161
“Starbucks”dan maraqlı addım

Kofe satışına görə dünyada brend hesab edilən “Starbucks” qaçqınlarla bağlı maraqlı addım atmağı planlaşdırır.

 Seyyah.az rus KİV-nə istinadən xəbər verir ki, şəbəkə dünyanın 75 ölkəsində 10 min qaçqın işə götürmək niyyətindədir.

Bu barədə “Starbucks”ın baş direktoru Hovard Şults bildirib. Onun sözlərinə görə, bu plan yaxın 5 il ərzində reallaşa bilər.

Şults onu da qeyd edib ki, bu kampaniyaya ilk olaraq ABŞ-da başlayacaqlar. Qeyd edilir ki, daha çox ABŞ ordusunda tərcüməçi işləmiş və insanlarla iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

OXŞAR XƏBƏRLƏR