"Azərbaycan Hava Yolları" QSC- Yeni illə bağlı yeni aksiyaya start verib. Seyyah.az-ın məlumatına görə, aksiya belə adlanır "Yeni il aksiyası –Avropaya “ora və geriyə” cəmi 285 azn". Məlumatda bildirilir ki, London, Milan, Roma, Paris, Praqaya gediş və gəliş сəmi 285 Azn təşkil edəcək. Uçuş tarixləri 15.01.14 - 28.02.2014, satış tarixləri isə 25.12.13 - 31.12.2013 əhatə edir.
Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.