Four Seasons Hotel Baku hər zaman sağlam və formada qalmaq istəyənləri Aqua Gym-a dəvət edir. Oteldən seyyah.az-a verilən məlumata görə, Aqua Gym-a hər çərşənbə axşamı və cümə axşamı səhər saat 10:00-da gəlmək olar: "Aqua Gym – bədəni tonusda saxlamaq üçün mükəmməl üsuldu. Siz idman edəcəksiniz, həmçinin məşğələlərdən həzz alacaqsınız. Aqua Gym artıq kalorilərin əridilməsində, bədənin formaya salınmasında və stressdən azad olmada sizə yardımçı olacaq".
Məlumatda bildirilir ki, bir qrupa maksimum 6 nəfər yazıla bilər. Dərslər professional heyət tərəfindən və musiqi sədaları altında aparılacaq.
Aqua Gym-ın müddəti 45 dəqiqədir. Məşğələlər Jaleh SPA-nın 7-ci mərtəbəsində yerləşən hovuzunda keçiriləcək. Qonaqların istifadəsinə 5-ci mərtəbədə paltar dəyişmə otaqları təqdim olunacaq.
Bir məşğələnin qiyməti adambaşına 35 manatdır.
Daha ətraflı məlumat üçün: +99412404 24 24 və ya spa.bku@fourseasons.com