"Shahdag Mountain Resort" işçi axtarır - VAKANSİYA

Xəbərlər 30 Yanvar 2017 00:00 1318
"Shahdag Mountain Resort" işçi axtarır - VAKANSİYA

Təmizlik Xidməti üzrə Koordinator

İş barədə məlumat:

- Telefon zənglərini idarə etmək
- Direktor, menecer və növbə rəislərinin tələblərini ciddiyyətlə yerinə yetirmək 
- Tabeçiliyində olan işçi heyətini idarə etmə və düzgün iş bölgüsünü həyata keçirmə bacarağı 
- Təhkim olunmuş ərazinin və ya otaqların təmizliyinin təmin olunmasına cavabdehlik 
- Tabe olduğu menecerlərin tapşırıqlarını vaxtı-vaxtında yerinə yetirməli, işinə məsuliyyətlə yanaşmalıdır 
- Otel ərazisində lazımi təmizlik işlərinə nəzarət etmək
- Təmizlik avadanlıqlarından istifadə qaydalarını bilməli 
- Kimyəvi maddələrin təyinatını və istifadə qaydalarını bilməli 
- Təmizlik xidməti standart və prosedurların tətbiq edilməsinə nəzarət etmək.
- İşçilərə təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə qaydaları haqqında təlimatların keçirilməsi 
- İş grafiklərinin tərtib olunması

Namizədə tələblər:

- Punktuallığa və işində dürüstlüyə önəm verməlidir 
- İşinə ciddi və məsuliyyətlə yanaşmalı 
- Komandada işləmək bacarığı
- Bütün görülən işlərə detallı şəkildə yanaşmalı
- Azərbaycan, rus və ingilis dillərində yazı və danışıq bacarığı 
- Microsoft Word və Excel-də işləmək bacarığı 
- Turizm sahəsində təcrübəsi olan namizədlərə daha çox üstünlük veriləcək
- İnkşafa meyilli
- Yaş həddi 25-48 yaş 
- Ali təhsil
- İş təcrübəsi - 1-5 il

İş şəraiti:

- İş rejimi 8 saatlıq 
- Altı günlük iş rejimi 
- Həftədə bir dəfə istirahət 
- Yaşayış yeri ilə şirkət tərəfindən təmin olunacaq 
- Nahar şirkət tərəfindən verilir.

Cv-lərlə tanış olunduqdan sonra uyğun namizədlərlə tez bir vaxtda əlaqə saxlanılacaq.

Şəkilsiz Cv-lərə baxılmayacaq.
E-mail : cv@hotels.shahdag.az

OXŞAR XƏBƏRLƏR