2017-ci ildə "Rusiya Dəmir Yolları" (RJD) uzun məsafəli qatar biletlərinin qiymətini 3,9 % artıracaq. Seyyah.az-ın verdiyi məlumata görə, "Rusiya dəmir Yolları" ASC-nin prezidenti Oleq Belozerov bildirib ki, bahalaşma xərclərin optimallaşdırılması üçün baş verəcək.
"Optimalla özümüzdən başlamalıdır. Daşınma növü üzrə 50 milyard rubl qənaət etmək tapşırığı verilib. Buna görə uzun məsafə sərnişin biletinin qiyməti 3,9% qalxacaq, bu isə proqnozlaşdırılan inflasiyadan daha aşağıdır".
Tezliklə RJD sərnişinlərə uzun məsafə qatarlarına biletləri 90 sutka əvvəl almağa icazə verəcək. "Keçən ilin sonundan sərnişinlər qatarın yola düşmə vaxtından 60 sutka əvvəl bilet ala bilirdilər. Bir il bundan qabaq yalnız 45, ya 30 gün əvvəlcədən ala bilərdilər. Lakin şirkət bu müddəti 120 günədək uzatmağı fikirləşir".
Qeyd edək ki, RJD ilə Moskva-Bakı sərnişin qatarında kupeyə bilet təqribən 262 manatdır.
Mənbə: fins.az