Karib dənizində yerləşən adalara səyahət sizə gəlir gətirə bilər. Seyyah.az-ın verdiyi xəbərə görə, bu adalarda 3 gündən çox qalan hər kəsə 300 dollar veriləcək.
Bu aksiya Virginiya adalarının ABŞ-nın ərazisinə birləşməsinin 100 illiyinə həsr olunub.
Virginiya adaları öz gözəl təbiəti, mülayim iqlimi ilə turistlərin rəğbətini qazanıb. Bu il isə turistlər superbonusdan da yararlana biləcəklər.
Qeyd edək ki aksiyada 3 ada iştirak edir: Sent-Tomas, Sent-Jon və Santa-Krus. 300 dollarlıq bonusu əldə etmək yalnız bir şərtlə mümüknü olacaq: Bunun üçün siz adalardan birinə oktyabr ayının 1-dək 3 gündən artıq olan tur bron etməlisiz.
Qeyd edək ki, 300 dollar nağd pul şəklində deyil, çeklə veriləcək. Həmin vəsaiti müxtəlif əyləncələrə xərcləmək mümkün olacaq: dayvinq, ekskursiyalar ya da serfinq.
Aksiyada ümumi olaraq 3 adanın 32 hoteli iştirak edəcək.
Onu da deyək ki, Virginiya adalarında ən əlverişli mövsüm yanvar - aprel ayları sayılır. Lakin aksiya 31 dekabradək davam edəcək.
Xatırladaq ki, ABŞ bu adaları 1917-ci ildə Danimarkadan qızılı sikkələrlə 25 milyon dollara alıb.
Mənbə: Fins