Xarici ölkələrə viza rüsumlarının – QİYMƏTLƏRİ

Xəbərlər 2 Fevral 2017 00:00 1095
Xarici ölkələrə viza rüsumlarının – QİYMƏTLƏRİ

Ölkəmizə gələn turistlərin sayı artdığı kimi, xaricə gedən vətəndaşlarımız da az deyil. Açıqlanan son statistikaya görə, ötən il Gürcüstana gələn turistlər arasında azərbaycanlı turistlər say baxımından birinci pillədə qərarlaşıb.

Seyyah.az Azərbaycan vətəndaşlarının ən çox getdiyi ölkələrin viza rüsumlarını təqdim edir.

Turizm üzrə ekspert Ülfanə Mahmudova Şengen ölkələrinə daxil olan dövlətlərə viza rüsumunun 35 avro olduğunu bildirdi. Amma Böyük Britaniya, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengen zonasına daxil deyil.

Həmin ölkələrə viza rüsumları belədir:

Bolqarıstan - 60 avro

Rumıniya - 60 avro

Böyük Britaniya - 130 dollar

Qeyd edək ki, bəzi Avropa ölkələrinin ölkəmizdəki konsulluqlarından başqa viza alınması üçün xidmət göstərən mərkəzləridə var. Həmin mərkəzlərdə göstərilən xidmətlərə görə əlavə 25 avro ödəməli olacaqsız. Bu İtaliya, Fransa və digər bəzi Avropa ölkələridir.

Ərəb ölkələrinə gedərkən viza almaq bir qədər ucuz başa gəlir.

Birləşmiş Ərəb Əmirliyi - 75 dollar

Misir – 40 dollar

Əgər Birləşmiş Ərəb Əmirliyinə viza alarkən oteldə bron edirsizsə o zaman 75 dollar ödəməlisiz. Ancaq  təkcə viza almaq üçün 100 dollar rüsum ödənməlidir.

Misirə səfər edərkən isə əgər Şarm-əl-Şeyx istirahət mərkəzinə uçursuzsa o zaman Misirdə hava limanında 25 dollar ödəməklə viza əldə etmək mümkündür. Amma Qahirəyə və ya digər qeyri-turistik şəhərə uçursuzsa, o zaman viza rüsumu üçün 40 dollar ödəməli olacaqsız.

ABŞ – 160 dollar

Kanada-100 Kanada dolları-(76.41 ABŞ dollar)

Məlumat üçün bildirək ki Kanadaya viza almaq üçün “VSF” şirkətinin xidmətlərindən yararlanmaq üçün əlavə 114 manat ödəməlisiz.

Braziliyaya viza rüsumu isə 20 dollardır.

Ü.Mahmudova Sinqapura vizanın online olaraq əldə etməyin mümkün olduğunu bildirdi. Bu zaman isə rüsum üçün 50 dollar ödəmək lazım olacaq. Hazırda rusiyalı turistlərin ən çox üz tutduğu ölkələr arasında lider olan Taylanda viza isə 40 dollardı.

Azərbaycanlıların ən çətin viza ala biləcəyi ölkə isə Çindir. Belə ki, Çinin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, bu ölkəyə 2 cür viza almaq olar. Bunlar biznes  və turistik vizadır.

Lakin Çinə getmək istəyirsizsə özünüzdən əlavə minumum 3 nəfər şəxs tapmalısız ki, Çinə səfər etsin. Belə ki, iyul ayından tətbiq edilən qaydalara əsasən, Çinə turist kimi getmək istəyənlər 4 nəfərdən az olmamalıdır. Çin vizasının rüsumu isə bir nəfər üçün 40 dollardır. Bu viza 30 gün müddətinə verilir və bir dəfə gediş-gəliş etmək olur. Çinə ən çox viza 6 ay müddətinə verilir. Amma mütləqdi ki, bu müddət ərzində Çinə an azı 2 səfər edəsiz. Bunun üçün viza rüsumu 60 dollardır.

 

Qeyd edək ki, Honkonqa 14 günlük viza rüsumu isə 30 dollar müəyyən olunub.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR