Macarıstanın təqaüd proqramına (o cümlədən, öz hesabına oxumaq üçün Macarıstan universitetlərinə) sənədlərini göndərmiş tələbələr arasında “Macarıstanda təhsil çağırır məni!" adlı inşa (esse) müsabiqəsi keçirilir. Seyyah.az xəbər verir ki, müsabiqəni Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Study in Hungary” tərəfindən keçirilir. Qalibləri mükafatlar gözləyir.
Belə ki birinci yerə 500 manat, ikinci yerə 350 manat, üçüncü yerə isə 200 manat pul mükafatı veriləcək.
Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Study in Hungary” tərəfindən keçirilir. İnşa müsabiqəsinin tam elanı ilə buradan tanış ola bilərsiniz: http://bit.ly/_İnsha_musabiqesi_ELAN
İnşa müsabiqəsində iştirak etmək istəyənlər buradakı online anketi (http://bit.ly/insha_musabiqesi_QEYDIYYAT) dolduraraq qeydiyyatdan keçməlidirlər. Tələbələr həmin anketi doldurduqdan sonra təşkilatçılar onların hər biri ilə e-mail vasitəsilə əlaqə saxlayacaq.
Mənbə: Turizm.fins