Səyahət etmək əlbəttəki çox gözəldir. Ancaq uzun uçuşlar insanı çox yorur. Seyyah.az 15 saatlıq uçuşun çox uzun və yorucu olmaması üçün sizə məsləhətlər hazırlayıb.
Aviakompaniyaların çoxu uçuşdan 24 saat əvvəl qeydiyyatdan keçməyi təklif edir. Siz öncədən yerlərinizi seçə və hətta yeməklə bağlı seçiminiz də daxil edə bilərsiniz.

Belə yerləri adətən körpə uşaqları olan ailələrə verirlər. Əgər səsiz və sakit bir uçuş arzu edirsinizsə ilk sıralardan bir az geridə yerlər seçin.
Turbulent zonada təyyarə çox silkələnir. Təyyarənin orta hissəsində bu titrəyiş az hiss olunur
Hava limanları heç də ən sakit və stressiz yer olmadığına görə, məşq sizə stressi azalatmaqa kömək edəcəkdir.

Əgər uzun uçuşunuz varsa, bu o deməkdir ki, bütün bu müddət ərzində tam hərəkət etmək imkanınız olmayacaq. Ona görədə uçuşdan öncə mağazaları gəzişin ayaqlarınız hərəkət etsin və qan yaxşı işləsin.
Yeni bioritmə alışmaq üçün onunla mümkün qədər tez sinxronlaşmaqa çalışın. Egər çatış məntəqəsində hal hazırda axşam 10-dursa, uçuşun ilk yarısını yatmaqa çalışın. Bu halda oraya səhər çatdığınız zaman özünüzü yorğun hiss etməyəcəksiniz
Telefon və ya planşetinizə bir neçə film və ya oyun yükləyinki, təyyarə salonunda bu əyləncələr olmaya bilər.

Hətta soyuq olmasa belə siz onu qatlayıb yastıq kimi istifadə edə bilərsiniz.
Belə yastıq boyuna dayaq olur və yuxuya getdiyiniz zaman onu şauqili vəziyyətdə saxlayır. Nəticədə uçuş zamanı boyundakı gərginlik hissi azalır.