Sevgililər üçün - ƏN BAHALI ŞƏHƏR

Xəbərlər 3 Fevral 2017 00:00 1044
Sevgililər üçün - ƏN BAHALI ŞƏHƏR

Rusiyalı sevgililərin Valentin gününü qeyd etmək üçün ən çox üz tutduqları şəhərlər bəlli olub. Turizm.fins.az-ın rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyalı romantik turistlərin ən çox seçdiyi şəhərlər arasında Bakı da yer alıb. Belə ki, siyahının ilk beşliyində Bakı da sevgililərə şahidlik edib. İlk beşlikdə Paris, Roma, Minsk, Tiflis və Bakı qərarlaşıb.

Hesablamalara görə, sevgililər üçün  ən ucuz istirahət Minsk şəhərində başa gələcək. Belə ki, burada sevgililər orta  hesabla günə 45 avro xərcləməli olacaqlar. Sevgililərin ən çox pul xərcləyəcəkləri şəhər isə Paris olub. Burada romantikanı sevənlər orta hesabla günə 100 avro xərcləməli olacaqlar.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR