Almaniyada dadına baxılmalı - 5 YEMƏK

Xəbərlər 3 Fevral 2017 00:00 2918
Almaniyada dadına baxılmalı - 5 YEMƏK

Almaniyada istirahətə yalnız gəzməli-görməli yerlərin ziyarət edilməsi deyil, həm də qastronomik turizm daxildir.  Berlinə və ya Münhenə  aviabilet alarkən, çox sayda müxtəlif yeməklərin dadına baxmağa hazır olmalısınız.

Bu cür bolluqda özünüzü itirməməniz üçün Seyyah.az Almaniyada mütləq dadına baxılmalı olan  yeməklərin top beşliyini hazırlamışdır

Karri kolbasaları

Qrildə qızardılmış kolbasa və sosiska olmadan alman mətbəxinə təsəvvür etmək çətindir. Burada onların çox sayda növləri satılır: kolbasaları qızardır, qaynadır, müxtəlif yeməklərə əlavə edirlər. Ən populyar variant – almanca Currywurst adlandırılan karrı kolbasalarıdır.

Karri kolbasaları üzərinə karrı souslu ketçup tökülən qızardılmış və dilimlənmiş sardelkalardır. Onların yanında adətən kartof-fri porsiyası verilir. Bu yemək o qədər çox sevilir ki, hətta Belində karı kolbasaları muzeyi fəaliyyət göstərir.

Eintopf

Eintopf – ənənəvi alman yeməyidir, o, yaxşıca (möhkəmcə) nahar etmək istəyənlər üçün ideal uyğundur.  Türk dilinə tərcümədə Eintopf “bir qazan” deməkdir. Yemək sobada bişirilən qatı yağlı şorbadır.

Eintopf inqrediyentləri aşpazın zövq və fantaziyasından asılıdır, çox vaxt onun tərkibinə paxlalılar, ət, tərəvəzlər və hərdən hətta pivə daxildir!

Kartof salatı

Kartof salatı – alman mətbəxinin vizit kartıdır. O ən müxtəlif inqrediyentlərin əlavə edilməsi ilə qaynadılmış kartofdan hazırlanır, salata xüsusi dadı isə alman ədviyyatları və göyərti verir.  Kartof salatını daha çox ət və ya sosiskaya qarnir qismində verilir.

Qulançar

Yazda qulançardan hazırlanmış yeməklər Almaniyada ən populyar yeməklərdir. Restoranlar  bu bitkidən getdikcə daha çox yeni yeməklərin hazırlanmasında bir-biri ilə rəqabət aparırlar. Qulançar şorba-pürelərin  və qarnirlərə əlavələrin hazırlaması üçün istifadə edilir.

Ən populyar yemək –  kartof, kərə yağı və ya yumurtalı sousla qaynadılmış qulançardır.

Rote Grütze

Rote Grütze almancadan “qırmızı sıyıq” kimi tərcümə edilə bilər. Bu yemək desertdir və öz görünüşünə görə həqiqətən də parlaq sıyığa bənzəyir, dadına görə isə riçalı xatırladır.

Pote qryutse  nişastanın əlavə edilməsi ilə təzə giləmeyvələrdən hazırlanır, onu masaya süd, çırpılmış qaymaq və ya vanil sousu ilə birlikdə verirlər. Bütün inqrediyentlər qarışdırılmalı və desert çay qaşığı ilə yeyilməlidir.

Almaniyada dadlı yemək yeyə bilmək üçün uzun müddət axtarmalı olmursan: burada hər addımda və hər bir bölgədə kafe, restoran və köşklər mövcuddur, bəzən isə hətta hər şəhər xüsusi (qeyri-adi) bir yemək təklif edir.

OXŞAR XƏBƏRLƏR