Bakının ən dadlı səhər yeməyi məkanları – QİYMƏTLƏR

Xəbərlər 4 Fevral 2017 00:00 10007
Bakının ən dadlı səhər yeməyi məkanları – QİYMƏTLƏR

Uğurlu gün dadlı-ləzzətli səhər yeməyi ilə başlayır. Bu yemək göz oxşayan bir yerdə, dadlı təamlardan ibarətdirsə, xüsusiliyi daha da artır. Bütün həftəni iş yerlərində gərginliklə keçirənlər üçün arxayın səhər yeməyi imkanı yalnız həftə sonu yaranır. Fins.az Bakının restoranlarında hər büdcəyə uyğun səhər yeməyi servis edən restoranlarını araşdırıb.

Eləcə də bax, BAKININ BÜTÜN RESTORANLARI

 

1. “Mado” – 12-16 manat (əvvəl 10-16manat idi)

 

Məşhur “Mado” şəbəkəsinin restoranlarını şəhərin bir neçə yerində ziyarət edə bilərsiniz.  Bir çox ziyarətçilərin bir dilim tort və bir stəkan çayla saatlarını keçirdiyi bu restoran əslində səhər yeməyi menyusu ilə çox məşhurdur. Səhər yeməyi menyusu ilə məşhur olan bu restoranda iki cür menyu var: 12 manatlıq standart və 16 manatlıq kənd səhər yeməyi.

Kənd səhər yeməyinə ağ pendir, hellim və otlu pendir, bal qaymaq, zeytun, su börəyi, tərəvəzlər, basdırma pomidor və s. daxildir. Menyunun isti yeməyi menemendir. Şəhərin mərkəzində əsl kənd səhər yeməyi yemək istəyirsinizsə, bu məkan sizə uyğundur. Bu menyu iki nəfər üçün də uyğundur, “Mado” müştərilərinin məşhur ənənəsi olan «iki nəfər üçün bir menyu» sifarişini çoxlarınız bəlkə də artıq yoxlamısınız. Əlavə sifariş verəcəyiniz şey bir nəfərlik çay olacaq.

Standart səhər yeməyinə isə öncəkindən çeşidin azlığı ilə fərqlənir. Bu menyuya ağ pendir, kaşar pendir, çiyələk mürəbbəsi, bal və s. daxildir. Bu menyunun isti yeməyi isə qızardılmış sucuk və menemendir. Sucuk türkiyədən gətirilir və gözlədiyiniz kimi bol ədvalı və acılıdır. Restoranda günün istənilən saatı səhər yeməyi yeyə bilərsiniz. Bayram günləri də həftə sonları da fasiləsiz işləyən restoranı həm Nərimanov metrosu yaxınlığında, həm Rus Dram teatrının yanında. Həm də Bakı şəhərinin axşam gəzintisi üçün məşhur məkan olar Nizami küçəsində tapa bilərsiniz.

2.“Cafe City” – 10 manat (əvvəl 8 manat idi)

 

“Cafe City” restoranında 3 növ səhər yeməyi dada bilərsiniz: azərbaycansayağı, türksayağı və avropasayağı. Hər birinin qiyməti 10 manatdır.

Azərbaycansayağı səhər yeməyinə bal, pendir, yağ, çay, qəhvə pomidor yumurta və ya kükü aiddir.

Türksayağı menyuya yağda marinad olunmuş yaşıl zeytun, qara zeytun, tərəvəzlər, kərə yağı, pendir sucuklu yumurta və ya qayğanaq.

Avropasayağı menyuda isə avropa mətbəxinin fərqliliklərini görə bilərsiniz, milli mətbəxtə çətin rast gələ biləcəyiniz lobyanı belə burda tapa bilərsiniz.

Burada göbələk, sosiska, pomidor yumurta və s. də dada bilərsiniz. Bu restoranı şəhərin 5 ayrı hissəsində tapa bilərsiniz. Sizə ən yaxın ünvana gedib 9:00-dan 12:00-a qədər səhər yeməyinizi yeyə bilərsiniz. İş günləri mümkün deyilsə, bayram günlərində də eyni qayda ilə gedə bilərsiniz.

3.«Künefe Evi» – 10-13 manat(əvvəl 10-15 manat idi)

 

Bakının məşhur bölgələrindən biri olan “Tarqovı”da yerləşən “Künefe Evi” 3 çeşid səhər yeməyi təklif edir. «Diyar kənd» səhər süfrəsi, «klassik» səhər süfrəsi və «tavada» səhər yeməkləri. «Diyar kənd» səhər yeməyi süfrəsinin qiyməti 13 manatdır və menyuya 4 çeşid pendir, bal, qaymaq, kərə yağı, mürəbbə, zeytun növləri, simit, tərəvəzlər və su börəyi çay və s. daxildir. Bu menyu birnəfərlik olsa da, əslində 2 nəfəri artıqlamasıyla doyura bilər.

4.“Qazmaq” restoranı – 10-12 manat 

 

“Qazmaq” restoranı iki cür menyuya sahib bu restoranda dadlı təamlarla yanaşı gülərüz personal da diqqətinizi cəlb edəcək. Azərbaycan mətbəxinin təqdim etdiyi menyuda yağ, pendir, bal, səhər yeməyi üçün məşhur olan isti yemək pomidor yumurta və pendir dürümü yeyə biləsiniz. Bu menyunun qiyməti 10 manatdır.

Bundan əlavə, bal arı şanında,kərə yağı,nehrə yağı - 3manat, süzmə, şor - 2manat, qayğanaq yumurta (2ədəd), soyutma yumurta(2ədəd) - 2manatdır.

5.“Mugam club”  - 30 manat

 

«Səhər səhər muğam olar?»-deyə soruşa bilərsiniz. Amma əgər söhbət səhər yeməyindən gedirsə, cavab «Bəli»dir. İçərişəhərdə yerləşən  “Mugam club” qədim saray abu havası ilə sizə əsl klassika yaşadacaq. Qədim təam kükünü ən yaxşı bişirən məkanlardan biri də buradır. Bununla yanaşı, yağ, şor, qaymaq, xama, tərəvəzlər, çay, mürəbbələr, bal və çoxlarınızın seçim səbəbi olan təndir çörəyini burda dada bilərsiniz. Bu təamlar xüsusi bir menyuda birləşdirilməyib. Öz seçimizdən asılı olaraq 30 manat ətrafında xərcləyərək doyumlu səhər yeməyi yeyə bilərsiniz.

 

Eləcə də bax, BAKININ MƏRKƏZİNDƏ YERLƏŞƏN - 9HOSTEL

 

6.   “Sehrli Təndir” –  Qarışıq menyudur (qiymətlər 1 manat artıb)

 Sehrli Təndir adlı birinin şəkli.

“Sehrli Təndir” restoranında xüsusi menyu olmasa da ayrı-ayrılıqda qiymətlərlə səhər yeməyində yeyəcəyiniz təamları dada bilərsiniz. 

7.   “Özsüt”  - 10 manat (əvvəl 12 manat)

 

 

“Özsüt” bir müddətdir sosial şəbəkələrdə öz adından bəhs etdirən bu restoran Bakıdakı türk restoranlarının daha az müştəri olan, daha rahat variantıdır. Burada iki cür səhər yeməyi dada bilərsiniz. Standart səhər yeməyi və “Özsüt Egey” səhər yeməyi. Standart səhər yeməyi 8 manatdır və tut və moruq mürəbbəsi, bal, qaymaq, qara və yaşıl zeytun, tərəvəzlər, motal pendiri, ağ pendir, dana ətindən kolbasa, qaynanmış yumurta, çay və çörək servis edilir.

 8."PARIS Bistro" - 8manat

PARIS Bistro adlı birinin şəkli.

2 yumurta qayğanağı, yaşəl salat və pendir (kontinental səhər yeməyi)- 8manatdır. Sadəlik gözəllikdir: qayğanaq, bekon,tost çörəyi üzərində pomidor və lobya  ənənəvi ingilis səhər yeməyi - 10 manatdır.

9."El Viento Art&Crafts Cafe" - Milli səhər yeməyi - 7 manat

Klassik səhər yeməyi 7 manat, fransız səhər yeməyi -5 manat, tələbə səhər yeməyi 3manatdır.

10. "Muse Cafe" - 15 manat

Muse Cafe adlı birinin şəkli.

Qiymətlər : bal - 5manat, yağ - 5manat, qaymaq - 5 manat, pendir- 4 manat, xama - 4manat, yumurta - 3 manat, çörək -2 manatdır

11. Zanbaq restoranı - 5 manat

Zanbaq - Cafe & Restaurant adlı birinin şəkli.

Restoranda 2növ səhər yeməyi menyusu var.

5 manatlıq menyu -qızardılmış sosis, qayğanaq, soyutma yumurta, xama, şokolad yağı, bal, qaymaq, çay, mürəbbə.

10 manatlıq menyu- omlet, qızardılmış sosis, qrenki, soyutma yumurta, blinçik, kəsmik ilə, blinçik bal ilə, pendir assorti, xama, bal, qaymaq, şokolad yağı, kofe+ şirniyyat.

12. Anadolu restoranı - 12 manat

Müxləlif şirniyyat və yeməklərin daxil olduğu isveç masası - 12 manatdır

Eləcə də bax, YAŞAMAQ ÜÇÜN ƏN UCUZ ŞƏHƏRLƏR HANSILARDIR? - SİYAHI

OXŞAR XƏBƏRLƏR