“Qatar Airways” ən uzun səyahətini etdi - 1 100 FINCAN ÇAYLA

Xəbərlər 6 Fevral 2017 00:00 690
“Qatar Airways” ən uzun səyahətini etdi - 1 100 FINCAN ÇAYLA

“Qatar Airways” aviaşirkətinə məxsus təyyarə uçuş tarixində ən uzunmüddətli səyahətini həyata keçirib.

Seyyah.az xarici KİV-ə istinadən xəbər verir ki, Doha şəhərindən Oklanda uçan təyyarə 16 saat 23 dəqiqə uçuşda olub. Təyyarə 14,535 km məsafə qət edib. Bildirilir ki, təyyarədə 4 pilot və 15 ekipaj üzvü çalışıb. Uçuş zamanı sərnişinlərə 1 100 fincan çay və qəhvə, 2 min soyuq içki verilib.

Mənbə: Qafqazinfo

OXŞAR XƏBƏRLƏR