Türkiyədə halal hotellər – SİYAHI -QİYMƏTLƏR

Xəbərlər 6 Fevral 2017 00:00 972
Türkiyədə halal hotellər – SİYAHI -QİYMƏTLƏR

Hazırda turizm sənayesinin ən çox yayılmış sahələrindən biri də Halal istirahət mərkəzləridir. Bu tip hotellər ölkəmizdə olsa da əhatəsi çox dardır.

Halal turizm, əsasən,  Türkiyə İndoneziya və Sinqapur kimi ölkələrdə daha geniş yayılıb. Seyyah.az Türkiyədə yerləşən bir neçə halal hotelin xidmət və qiymətlərini təqdim edir.

“Angels”s Marmaris Resort”

Hotel 5 ulduzludur. İstirahət mərkəzində hər şey halal  qaydalar əsasında hazırlanır. Hoteldə təbiət mənzərəsinə və dənizə görünüşü olan premium otaqlar var. Bundan başqa dənizə və  meşə mənzərəsinə görünüşü olan Deluks nömrələr də var.

Meşəyə mənzərəsi olan premium otaqların bir günlük qiyməti 440 manat dənizə mənzərəsi olan premium otaqlar isə 500 manatdır.

Hoteldə ən bahalı nömrə Şah lüks otağıdır. Burada otağın bir günlük qiyməti  1 922 manatdır.

Eləcə də bax: Bakıda halal hotellər varmış – ŞƏRAİT, QİYMƏTLƏR

“Bera Alanya Resort”

Hotel 5 ulduzludur. İstirahət mərkəzində  dindar ailələrin istirahət etməyi üçün hər şərait yaradılıb. Qonaqlara halal İsveç stolu təqdim olunur. Saat 07-dən 24:00 kimi səhər, günorta, axşam yeməyi verilir. Bundan başqa qəlyanaltılar və 24 saat soyuq və isti içkilər təqdim olunur qonaqlara. Çimərlik umumidir, lakin bura daxil olmaq üçün dress kod lazımdır.

Hovuz isə qadınlar və kişilər üçün ayrıdır. Bundan başqa hoteldə qadınlar və kişilər üçün ayrıca spa xidmətlər göstərilir. Nömrələrin qiymətinə gəlincə,  154-850 manat arasında dəyişir. Qiymətlər bir gün üçün nəzərdə tutulub. Ailəli qonaqlar üçün nömrələr 249 manatdır.

“Adenya Beach Resort”

5 ulduzlu hotel Alanyada yerləşir. Hoteldə yay mövsümü əksər Türkiyə otellərində olduğu kimi aprelin 1-dən oktyabrn 31-ə kimi davam edir. Hotel Alanya şəhərindən 22 kilometr aralıda yerləşir. İstirahət mərkəzində 5 yaşdan yuxarı olan oğlan uşaqları qadınların olduğu yerlərə buraxılmır. Həmçinin, 5 yaşdan yuxarı olan qız uşaqları da əks cinsin nümayəndələrinin istirahət etdiyi yerlərə daxil olması qadağandır. Ramazan ayında isə hotel başqa rejimdə çalışır. Bu zaman oruc tutanlar nəzərə alınır. Hoteldə standart nömrələr 187 manatdır. Hoteldə ən bahalı nömrə isə Lyuks Sereneti otaqlarıdır. Həmin otaqlarda gecələmək 375 manatdır.

“Wome Deluxe Hotel”

Parklarla əhatə olunan 5 ulduzlu hotel Alanya yaxınlığında yerləşir. İstirahət mərkəzinin ümumi sahəsi 120 min kv. metrdi. Ödənişə digər halal otellərdə olduğu kimi hər şey daxildir. Bura gündə 3 dəfə yemək limitsiz soyuq və isti içkilər hovuz və spa xidmətlərindən istifadə də daxildir.

Xidmətlər sırasında transfer xidməti də var. Belə ki, istirahət mərkəzinə yaxın olan Antalya və Qazıpaşa Hava limanlarında 104-130 manat ödəməklə hotelə gəlmək mümkündür.  Nömrələrin qiymətləri isə 190-825 manat arasında dəyişir.

Mənbə: Turizmfins

OXŞAR XƏBƏRLƏR