Yeni turizm məkanları yarana bilər – TƏKLİFLƏR

Xəbərlər 6 Fevral 2017 00:00 769
Yeni turizm məkanları yarana bilər – TƏKLİFLƏR

Blogger Həmid Həmidov ölkə turizmi barədə öz təkliflərini və iradlarını irəli sürüb.Seyyah.az bloggerin fikirlərini təqdim edir.

“Biz Abşeron yarımadasında turistlər üçün nə yenilik etmişik və ya fərqli nə təqdim edə bilərik”? Qız Qalası, Qobustan və Yanardağda  yenilik etmək olardı. Nargin hazırda nəinki yerli turistlər həmçinin yerli vətəndaşlar üçün də bağlıdır. Amma Narginə turlar təşkil etmək olardı. Nargin adasını xüsusi restoranların tikilməsi adaya xüsusi gözəllik verə bilərdi. Şubanı adlı qəsəbə var, oradan şəhərə mənzərə açılır. Düzdü burada hərbi baza var. Amma  bu bazada bir qədər aralıda digər təpədə önü şüşə vitrajlı olan əla restoran tikmək olardı.

Biz neftimizlə fəxr edirik, amma hələ bir dəfə də olsun neft daşlarına bir turist aparmamışıq. Düzdü hər yay iranlılar, ərəblər gəlir. Amma bizim hər dəfə onlara eyni yerləri təklif etməyimiz heç də yaxşı deyil. Odur ki, yeni məkanları inkişaf etdirməliyik”.

Mənbə: Turizmfins

OXŞAR XƏBƏRLƏR