18 aya 196 ölkə gəzdi – REKORD

Xəbərlər 6 Fevral 2017 00:00 645
18 aya 196 ölkə gəzdi – REKORD

27 yaşlı amerikalı səyyah dünya rekorduna imza atıb. Seyyah.az xəbər verir ki, Cassandra De Pecol bütün dünyanı qısa müddətə gəzib.

O, səfərinə 2015-ci ilin iyulunda başlayıb. 18 ay 26 gün ərzində o 196 ölkəni gəzib. Bununla səyyah iki dünya rekorduna imza atıb. O ilk qadındır ki,  belə qısa müddətdə bütün dünyanı gəzib.

Cassandra səfəri zamanı 200 min dollar xərcləyib. Bundan öncəki rekordsmen Yili Liu olub. Amerikalı professor dünya gəzintisinə 3 il 3 ay 6 gün xərcləyib. Cassandra-nın səfəri zamanı baş çəkdiyi sonuncu məkan Yəmən olub. Orta hesabla 2-5 gün sərf edib.

 

Amma onun heç də bütün səfər etdikləri ölkələrdə xoş qarşılanmayıb. Peruda xanım səyyaha silah hücum olunub. Bəhreyn və Liviyada isə onu kəşfiyyatçı olduğunu düşünüblər. Qrenada da isə onun narko bizneslə məşğul olduğunu düşünüblər. Amma xoşbəxtlikdən səyyah bütün təhlükələrdən can qurtara bilib.

OXŞAR XƏBƏRLƏR