Bu otel Rusiya vətəndaşlarını qəbul etmir-QADAĞA

Xəbərlər 22 Aprel 2014 00:00 980
Bu otel Rusiya vətəndaşlarını qəbul etmir-QADAĞA

Çex Respublikasının ən böyük üçüncü şəhəri Ostrava'da olan bir otel, Krımın Rusiyaya keçirilməsinə etiraz etmək məqsədiylə Rus turistləri qəbul etməməyə başlayıb. Bu barədə Otel sahibi Tomas Krchmarzh "Pravo " qəzetinə bildirib: "Martın 24-dən etibarən otelimiz Krımın Rusiya Federasiyasına keçirilməsi səbəbiylə Rus vətəndaşlarını qəbul etməmə qərarı alıb. Rusiya Federasiyası vətəndaşlarından üzr diləyirik."

 

Köklərinin Ukraynaya söykəndiyini söyləyən Tomas Krchmarzh , "İnsanlar bu vəziyyətə fərqli şəkildə reaksiya göstərirlər. Bəziləri mənim axmaq olduğumu söyləyir. Bu qərarım üzündən təbii ki, müştəri itirirəm. Oteldəki turistlərin yüzdə 15-ini Ruslar meydana gətirirdi. Ancaq mən doğru bir qərar verdiyimi düşünürəm"-deib.

 

Bundan sonra otelin rəsmi internet səhifəsində yeni bir məlumat yerləşdirilib. Yeni qərara görə, Krımın Rusiyaya keçirilməsini dəstəkləmədiklərini təsdiq edən bəyanatla gələn Rus vətəndaşları otelə qəbul ediləcəklər .

Gazetem.ru

OXŞAR XƏBƏRLƏR