Kiyevə daha çox gedən turistlər arasında azərbaycanlılar da var

Xəbərlər 7 Fevral 2017 00:00 542
Kiyevə daha çox gedən turistlər arasında azərbaycanlılar da var

2016-cı ildə Ukraynanın paytaxtı Kiyevi ziyarət edən əcnəbi turistlərin sayı 15 faiz artıb.

Seyyah.az  xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatında bildirilir.

Məlumata görə, turistlər daha çox Azərbaycan, İsrail, Belarus, Polşa, Almaniya və Türkiyədən gəliblər. İlk onluğa Rusiya, Gürcüstan, İtaliya və Böyük Britaniya vətəndaşları da düşüb.

Ötən il turist yığımından yerli büdcəyə daxilolmalar 40 faiz artıb.

OXŞAR XƏBƏRLƏR