Son zamanlar Qəbələ və Şahdağ hotellərindən əlavə Qax-İlusu da olan hotellərdə turist cəlb edirlər. Dağlıq ərazisi və gözəl təbiəti seçilən Qax-İlisuya yerli turistlərlə yanaşı əcnəbi turistlərdə gəlir. Seyyah.az turistlərin bu istiqamətə olan marağını nəzərə alaraq Qax-İlisuda yerləşən hotellərin qiymətlərini təqdim edir.
“Səngər Qala”
Hotel Qax rayonunun İlisu kəndində yerləşir. Mehmanxana görünüşünə görə qədim qalanı xatırladır. Hotel 4 ulduzludur. Mehmanxanada ümumilikdə 39 otaq var. Hoteldə standart otaqlar 80 manatdır. Hoteldə 3 nəfərlik otaqlar 100 manat, 4 nəfərlik otaqlar isə 150 manatadır. Göstərilən qiymətlərə səhər yeməyi də daxildir.
“El-Resort hotel”
5 ulduzlu hotel Qax rayonunda yerləşir. Ümumilikdə mehmanxanada 52 otaq var. Nömrələrin qiymətinə gəlincə isə standart otaqların qiyməti 108 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.
Bundan başqa 2 otaqlı nömrələr də var ki, bu nömrələrdə 4 nəfər qonaq ola bilər. Belə nömrələrin qiyməti isə 216 manatdır. Göstərilən qiymətlərə səhər yeməyi və spa xidmətlər daxildir.
“Yaşıl Park istirahət mərkəzi”
İstirahət mərkəzi yalnız kotteclərdən ibarətdir. Kotteclər iki mərtəbəlidir. İstirahət mərkəzində 5-10 yaş arası uşaqlara 50 faiz güzəşt edilir. 1 nəfər şəxsin kottecdə gecələməsi 30-35 manatdır. Bu qiymətə sahər yeməyi də daxildir.
“İlisu pansionatı”
Pansionat adından göründüyü kimi İlisuda yerləşir. Burada həm otaq nömrələri həm də kotteclər var. Kotteclər və nömrələrin qiymət fərqi yoxdur. Hər ikisində gecələmək 30-35 manatdır. Göstərilən qiymətə həmçinin, gün ərzində 3 dəfə qidalanma daxildir.
Qeyd edək ki Qax-ilisu rayonunda adları sadalanan hotel və istirahət mərkəzlərindən başqa Uludağ və Yaşıl park adlı istirahət mərkəzləri də var. Amma qış mövsümündə həmin istirahət mərkəzləri fəaliyyət göstərmir.
Bundan başqa bu bölgədə qonaq olanlar adambaşına 25 manat ödəməklə gün ərzində limitsiz olaraq İlisuda yerləşən Snowtubing əyləncə mərkəzindən faydalanmaq mümkündür.
Mənbə: Turizm.fins