Hollandiyaya səfər edərkən özünüzü Azərbaycandakı kimi hiss etmək istəyirsirsinizsə Krallığın lap şimalına gəlin. Burada Qroninqen şəhərinin əyaləti olan Siddeburen adlı kənd var.
Seyyah.az xəbər verir ki, bu kəndin hər bir sakini burada yerləşən Azərbaycan restoranını tanıyır və sevir. "Azeri Cafe" müştərilərinə Azərbaycan Milli mətbəxini tanıdıb və sevdirib.
Restoranda Azərbaycanı xatırladacaq bir çox məqam var: şəkillərdən tutmuş, qab-qacaqdakı naxışlar və s.
Restoranın fotoşəkillərini sizə təqdim edirik:





Mənbə: Turizm.fins