İstanbula daha bir pulsuz səyahət imkanı- bu dəfə "Casablanca Travel"-dən

Xəbərlər 22 Aprel 2014 00:00 1594
İstanbula daha bir pulsuz səyahət imkanı- bu dəfə "Casablanca Travel"-dən

"Casablanca Travel" turizm şirkəti İSTANBULA PULSUZ SƏYAHƏT yarışması keçirir. Şirkətdən seyyah.az-a verilən məlumata görə, yarışmada iştirak etmək pulsuzdur, qalib gəlmiş iştirakçı İstanbula pulsuz səyahət imkanı qazanacaq. 

Yarışmanın qaydadalına əsasən, şirkətin facebook səhifəsində hər gün bir sual təqdim olunacaq. Suala cavab vermək istəyən iştirakçı isə şərh yerinə nöqtə (.) yazaraq sualın düzgün cavabını səhifənin mesaj bölməsindən yazacaq. Suallara düzgün cavab verildiyi zaman iştirakçıya xal veriləcək. Yarışmanın son günü xallar toplanılacaq. Hər kəsdən çox xal toplamış iştirakçı yarışmanın qalibi elan edilərək, İstanbula pulsuz səyahət qazanacaq.


Yarışmanın qaydaları:

- Yarışmada iştirak etmək üçün iştirakçı ilk öncə, xarici pasportunun seriya nömrəsinin son 4 rəqəmini bizə göndərməlidir;
- Sualı cavablandırmaq istəyən iştirakçı, şərh bölməsinə nöqtə(.) yazıb sualın düzgün cavabını səhifənin əlaqə bölməsindən bizə yazmalıdır;
- Hər bir düzgün cavablandırılmış sual 100 xalla qiymətləndirilir;
- Yarışmaya yeni iştirakçı dəvət etdiyiniz təqdirdə əlavə 20 xal qazanılır;
- Sualların cavablandırılma müddəti yarışmanın son gününə kimi keçərlidir;
- Yarışmanın başlama tarixi 8 Arpel 2014;
- Yarışmanın bitmə tarixi 9 may 2014;


Yarışmanın şərtləri:

- Xarici pasportu olmayan və ya xarici pasportunun seriya nömrəsinin son 4 rəqəmini bizə göndərməyən iştirakçı yarışmada iştirak edə bilməz;
- Sualın cavabını şərh bölməsinə yazan iştirakçının cavabı qəbul edilməyəcək;
- Şərh bölməsinə nöqtə(.) yazmamış iştirakçının cavabı qəbul olunmayacaq;
- Yarışmaya yeni iştirakçı dəvət edildikdə həm yeni iştirakçı həm də dəvət edən bu haqda məlumat verməlidir;


Qalibin mükafatı:

Şəhər: İstanbul
Müddət: 3 gün/ 2 gecə
Tarix: 22.05.2015 – 24.05.2014
Aviabilet: Azərbaycan Hava Yolları  (gediş saat-  09: 45 , dönüş saat – 12:20)
Otel:  Asur otel 3*
Transfer: Aeroport – Otel – Aeroport
Səhər yeməyi

OXŞAR XƏBƏRLƏR