Fevralın 16-da Türkiyənin İstanbul şəhərində dünya turizm sənayesi nümayəndələrinin bir araya gələcəyi III “World Tourism Forum Global Meetingin” adlı forum keçiriləcək.
Seyyah.az Anadolu agentliyinə istinadən xəbər verir ki, forumun builki konsepsiyasında “Problemsiz və təhlükəsiz səyahət” mövzusu müzakirə olunacaq. Qlobal miqyasda keçiriləcək foruma dünya turizminə istiqamət verən şirkətlərin rəhbərləri, sektor sərmayəçiləri, texnologiya mütəxəssisləri, siyasi nüfuzlar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri olmaqla 20 ölkədən 150-dək beynəlxalq məruzəçi qatılacaq.
İki gün davam edəcək forum çərçivəsində “Tourism 100” adlı təqdimatla dünyanın ən aparıcı 100-dək turizm şirkətinin adı açıqlanacaq.
Forumda Azərbaycanın da iştirakı gözlənilir.
Mənbə: Fins
Eləcə də bax, Yeni biznes ideya – "GƏZƏYƏN ÇAY"