“Şahdağ”dan yeni kampaniya – QİYMƏTLƏR

Xəbərlər 9 Fevral 2017 00:00 819
“Şahdağ”dan yeni kampaniya – QİYMƏTLƏR

Şahdağ istirahət kompleksi sevgililər gününə həsr olunan kampaniya təklif edir. Seyyah.az xəbər verir ki, həmin gün 2 nəfərlik otaqda gecələmə, səhər yeməyi, romantik şam yeməyi, DJ performansı və nömrədəştəri üçün xüsusi surpriz olacaq.

Qeyd edək ki, bütün bu xidmətlərdən yararlanmaq üçün bir günə iki nəfər üçün 260 manat ödənməli olacaqsız. Əgər sevgiliniz yoxdursa,narahat olmağa dəyməz.  Bu günü tək başına 130 manat ödəməklə də qeyd edə bilərsiz.

 

Romantik spa paketi

Paketə iki nəfərlik otaqda gecələmə, səhər yeməyi, romantik şam yeməyi, nömrənin qonağına və ya qonaqlarına xüsusi surpriz daxildir. Həmçinin paketə spa xidmətlərdən istifadə daxildir. Belə ki, 4 cür masaj xidmətindən istifadə etmək olar. Bunlar Tay, Bali, dərin toxunma masajı və relax masajları daxildir.

 

Təcrübəsiz xizəkçilər üçün təklif

Tura Bakıdan Şahdağa gediş –gəliş  səhər yeməyi və qrup halında iki saatlıq xizək dərsləri və Ski Pass  daxildir. Turun qiyməti 46 manatdır.

Təcrübəli xizəkçilər  üçün isə tura  Şahdağa gediş-gəliş , Bakı-Quba yolunda səhər yeməyi, iki saatlıq xizək dərsləri, həmçinin 2-3-4 nömrəli kanat yollarından istifadə və 7-9 nömrəli buqel liftlərdən istifadə və Ski Pass daxildir. Turun qiyməti 56 manatdır.

 

Bir günlük turlar

Tura Bakıdan Şahdağa avtobusla gediş –gəliş, Bakı-Quba yolunda səhər yeməyi, fotosessiya, xizəklərin qabaqcadan bron edilməsi, Ski Pass, əyləncəli və intelektual oyunlar daxildir. Xizəkləri öncədən bron edənlər xizəkləri növbədənkənar əldə edəcəklər . Turun qiyməti 20 manatdır.

 

Məktəbli uşaqlar üçün

Tura Bakı-Şahdağ avtobusla  gediş-gəliş, Bakı-Quba yolunda səhər yeməyi. Ski Pass, qrup halında 2 saatlıq xizək dərsləri, xizək ləvazimatlar<

OXŞAR XƏBƏRLƏR