Həftəsonu turlar – İSTİQAMƏTLƏR,QİYMƏTLƏR

Xəbərlər 9 Fevral 2017 00:00 1372
Həftəsonu turlar – İSTİQAMƏTLƏR,QİYMƏTLƏR

Həftəsonu yaxınlaşır bu isə o deməkdir ki, tezliklə gərgin iş həftəsi başa çatır və yaxşı istirahət etmək olar. Seyyah.az həftəsonunu maraqlı və fərqli keçirmək istəyənlər üçün məkanları təqdim edir.

 

“Şəki-Qəbələ-Tufandağ”

Şəki və Qəbələyə turu “TurdaAz” turizm şirkəti təşkil edir. Adları çəkilən əraziyə tur iki gün- 11-12 fevral (2 gün 1 gecə) davam edəcək. Qonaqlar seçimlərindən asılı olaraq 5 ulduzlu “Şəki Palace Hotel”də və ya 4 uldzulu “Şəki İssam Hotel”də gecələyə bilərlər. Tura nəqliyyat, oteldə gecələmə , 4 dəfə qidalanma (2 səhər yeməyi, 1 nahar yeməyi, 1 şam yeməyi) daxildir.

Bundan başqa  çay süfrəsi, diskoteka, qapalı hovuz, spa və fitness zaldan istifadə də mümkün olacaq. Həmçinin, Şəki Xan Sarayına, Karvansaraya, Şəki Şirniyyat evinə, Qəbələ Tufandağ  xizək –kanat kompleksinə,  Qəbələnd Əyləncə Mərkəzinə,  Nohurgölə ekskursiya təşkil olunacaq. “Şəki Palace Hotel”də gecələməklə tur  85 manatdır. “Şəki İssam Hotel”də qalsanız səyahət 79 manata başa gələcək. Tura 06:30 Gənclik metrosunun qarşısında toplaşmaqla başlanacaq.

 

“Quba-Qusar-Şahdağ”

Turu “TurdaAz” turizm şirkəti təşkil edir. Tur  2 gün 1 gecə - 11-12 fevralda baş tutacaq. Tura 06:30 Gənclik metrosunun qarşısında toplanmaqla başlanılacaq. Tura nəqliyyat, gündə   4 dəfə qidalanma (2 dəfə səhər yeməyi, 1 dəfə nahar yeməyi,  1 dəfə şam yeməyi ), çay süfrəsi,  diskoteka, Şahdağa ekskursiya, tur boyu fotosessiya,  tur rəhbəri,  xizəklərin öncədən bronlaşdırılması daxildir.

Qiymətə xizək və kanatdan istifadə, oteldaxili əyləncələrdən istifadə daxil deyil. Tur zamanı istəyinizdən asılı olaraq 5 ulduzlu “Rixos Quba” hoteldə və ya 4 ulduzlu “Holiday Village” hoteldə gecələyə bilərsiz. “Rixos”da gecələmək və turda iştirak  97 manat, “Holiday Village”də gecələməklə turdan istifadə isə 67 manatdır.

Qeyd edək ki, qiymətlər 2-3-4 nəfərlik otaqlarda 1 nəfər üçün nəzərdə tutulub. 5 yaşa qədər 1 uşaq turda pulsuz iştirak edə bilər.

 

“Qızıl əllər” yarmarkası

11-12 fevralda “İSR  Plaza”da “Azərbaycan Sənətkarlarının Qızıl Əlləri” adlı sərgi keçiriləcək. Sərgi sayca 22-ci satış sərgisidir. Tədbir 11:00-dan 19-kimi davam edəcək. Sərgidə iştirak pulsuzdur. İştirakçılar sərgidə ustaların hazırladığı əl işlərinə tamaşa edə, həmçinin ala da bilərlər.

 

“Buddha-Bar”

Bakıda yerləşən restoranda həftənin şənbə günü axşam 11-dən gecə yarısına kimi şou proqramlar təşkil olunur. Proqrama hava gimnastlarının çıxışları, xüsusi musiqi qrupunun çıxışı və DJ-in ifaları yer alır.

Qeyd edək ki,  restorana daxil olarkən depozit olaraq 50 manat ödənilir. Bu məbləğə restoranda verilən yeməklərdən və spirtli içkilərdən yararlanmaq olar. Qəlyan göstərilən məbləğə daxil deyil.

 

“Hard Rock Cafe”

Restoranda həftənin şənbə günləri axşam 10-dan 12-yə kimi canlı musiqi səsləndirilir. Restorana giriş pulsuzdur. Lakin növbə olduğundan bir qədər gözləməli ola bilərsiz.

 

“Galiano Lounge”

Restoran 6-12 fevral tarixlərində zərif cinsin nümayəndələrini qəlyana qonaq edir. Xanımlar pul ödəmədən qəlyan çəkə bilərlər. 

OXŞAR XƏBƏRLƏR