İncəsənət Muzeyində – MACƏRA OYUNLARI KEÇİRİLƏCƏK

Xəbərlər 9 Fevral 2017 00:00 1904
İncəsənət Muzeyində – MACƏRA OYUNLARI KEÇİRİLƏCƏK

Milli İncəsənət Muzeyində valideynlər və uşaqlar üçün tədbir keçiriləcək. Seyyahxdsx.az xəbər verir ki, 11-12 fevralda muzeyə giriş 1 manat olacaq.

Bundan başqa həftəsonu üçün xüsusi proqram da hazırlanıb. Belə ki, uşaqlar üçün nağıl oxunacaq  və müxtəlif oyunlar keçiriləcək. Eləcə də tematik ekskursiyalar, psixoloqla görüş və “bacarıqlı əllər” adlı ustad dərsləri keçiriləcək. Həmin proqrama giriş uşaqlar üçün 3 manatdır. Əgər tədbirdə bir valideyn və bir uşaq iştirak edəcəksə ödəniş 5 manat olacaq. İştirak etmək istəyənlərin öncədən qeydiyyatdan keçməyi məsləhət görülür.

Tədbirin proqramını təqdim edirik.

11.00-12.00 Viktorina

11.00-12.00 Bacarıqlı əllər

12.00-13.00 Nağıl (rus dilində); Tematik ekskurisya (azərbaycan dilində)

13.00-14.00 Nağıl (azərbaycan dilində); Tematik ekskurisya (rus dilində)

14.00-16.00 Psixoloq Səbinə Abdullayeva ilə görüş

14.00-16.00 Bacarıqlı əllər

Gün ərzində Kvest oynanılacaq.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR