Növbəti 10 ildə Şimali Qafqaza turist axınını 10 dəfə artırmaq olar. Bu sözləri Rusiya Federasiyasının Şimali Qafqazda işlər üzrə naziri Lev Kuzneçov Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) səfəri zamanı bildirib.
Seyyah.az-ın məlumatına görə, bu artım təkcə daxili turizmin deyil, xarici turistlərin hesabına baş verəcək. Nazirin sözlərinə görə, hazırda Şimali Qafqaza il ərzində daxili turistlərlə birlikdə 3 milyon turist gəlir. L.Kuzneçov 2020-2025-ci illərdə adıçəkilən regiona 5 milyon turistin cəlb olunacağını bildirib.
10 ildən sonra isə gələn turistlərin sayının 10 milyon olacağını proqnoz edib. Kuzneçovun sözlərinə görə, turistlərin ruslar, Azərbaycan, Gürcüstan, İran və Avropa ölkələrindən olan səyahətçilərin hesabına artacağı bildirilir.
Bundan başqa BƏƏ-dən olan turistlərə də ümid edildiyi bildirilir.