Aviabilet almaq üçün ən uyğun vaxt – AÇIQLANDI

Xəbərlər 10 Fevral 2017 00:00 768
Aviabilet almaq üçün ən uyğun vaxt – AÇIQLANDI

İnternet üzərindən hava uçuşları barədə məlumat verən  “Skyscanner”  xidməti  Avropa və Asiya ölkələrinə təyyarə bileti almaq üzrə araşdırmalar aparıb.

Seyyah.az xəbər verir ki, nəticədə adıçəkilən istiqamətlərə aviabilet almaq üçün ən yaxşı vaxt səyahətdən 5-7 ay öncədir. Bu zaman 76 faizədək pula qənaət etmək olar.

Xidmətin analitikləri 2015-2016- cı illərdə bron edilmiş aviabiletləri analiz etdikdən sonra belə qənaətə gəliblər. Ekspertlərin fikrincə, ölkə daxili aviabiletlər barədə nəsə demək isə çətindir. Çünki belə aviareyslərin qiymətləri daha fərqli vəziyyətlərə uyğun olaraq dəyişə bilər.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR