Xaricdəki məşhur Azərbaycan restoranları haqda kiçik araşdırma edilib. Buyurub baxa bilərsiniz.
İlk restoran Çexiyanın paytaxtı Praqada yerləşən *Baku* restoranıdır.Restoran artıq xeyli müddətdir ki fəaliyyət göstərir. Getmək istəyənlər üçün ünvan.
Králodvorská 1086/14, Praha 1



Növbəti məşhur Azərbaycan restoranı isə Polşanın paytaxtı Varşava yaxınlığında yerləşir.*HAZAR* adını daşıyan restoran yenicə fəaliyyətə başlayıb.Getmək istəyənlər üçün ünvan.
Al. Niepodleglosci 16
Grójec gmina



Polşada daha bir restoran Krakov şəhərində fəaliyyət göstərir.*Kaspijski Restobar* adını daşıyan restoran ləziz Azərbaycan mətbəxini Polyaklara təqdim etməkdədir.Fərqli ad daşıyan bu restoranda həmçinin yenicə fəaliyyətə başlamışdır.Getmək istəyənlər üçün ünvan.
Dietla 46
Kraków



Növbəti məşhur Azərbaycan restoranı isə ABŞ-da yerləşir.*Baku Palace* adını daşıyan restoran təkcə pərakəndə müştəri qəbul etmir, burada həmçinin toy məclislərini keçirtmək üçün lazımi imkan var .Getmək istəyənlər üçün ünvan.
Emmons Ave, Brooklyn, NY 11235



Azərbaycanlıların ən çox yaşadığı şəhərlərdən olan Moskvada saysız hesabsız Azərbaycan restoranı var.Bunlardan ən məşhuru isə sözün əsl mənasında elə *Азербайджан Ресторан*-dır.Restoranın səkkiz zalı var.Bakı,Gəncə ,Şəmkir,Quba,Muğam və s.Restorandan daha çox saraya bənzəyən bu restoran Moskvada kifayət qədər məşhurdur.Ünvan. Москва, ул. Демьяна Бедного, д. 4



Növbəti Bakı restoranı Ukraynanın paytaxtı Kievdə yerləşir.Azərbaycan şərabları və yeməkləri ilə məşhur olan *Baku* restoranına getmək istəyənlər üçün ünvan. Киев, Горького ул., 88



Istanbulda qısa zaman ərzində tanınmış *Quzu* restoranı ən məəşhur Azərbaycan restoranı hesab edilir.Türkiyə mətbuatında gedən xəbərlərə görə bu restoranın açılması üçün 3 milyon vesait yatırılıb.Getmək istəyənlər üçün ünvan. Nuspetiye 15,İstanbul.


