Dünyanın ən bahalı restoranları-Qiymət+fotolar

Xəbərlər 22 Aprel 2014 00:00 2208
Dünyanın ən bahalı restoranları-Qiymət+fotolar

Dünyanın ən bahalı restoranları sıralanıb. Əvvəldən bronlaşdırma ilə ancaq yer tapıla bilinən bu restoranlarda bir adam axşam yeməyi üçün yüzlərlə dollarından keçməlidir. Qısası ən bahalı restoranlar...

Alain Ducasse

Londondakı restoranda axşam yeməyinin bir nəfər üçün xərci 300 dolları aşır.

Ithaa Dənizaltı Restoranı

 

Maldiv adalarında yerləşən dənizaltı restoranda axşam yeməyinin bir nəfər üçün xərci 320 dollar ətrafındadır.

Le Meurice

 

Parisin ən məşhur restoranlarından Le Meuricedə bir adamın axşam yeməyinin xərci 524 dollara yaxındır.

Maison Pic

 

Fransa, Valensedə yerləşən restoranda  axşam yeməyinin  bir nəfər üçün xərci 442 dollara yaxındır.

Masa

 

Nyu-Yorkun ən məşhur restoranlarından Masa-da bir adamın axşam yeməyinin xərci 450 dollara yaxındır.

Per Se

 

Yenə Neyu-Yorkda yerləşən bu restoranda tək adam axşam yeməyi üçün orta hesabla 310 dollar ödəyərək masadan qalxır.

Aragawa

 

Tokionun tanınan restoranlarından Aragawa-da tək bir adamın axşam yeməyinin qiyməti 284 dollar ilə 341 dollar arasında dəyişir.

Kitcho

 

Yenə Yaponiyada yerləşənn restoranda ən bahalı yeməyin qiyməti 600 dollardır. Axşam yeməyinin cəmi xərci də buna görə yüzlərlə dollar ola bilir.

OXŞAR XƏBƏRLƏR