Pasportların rəngi nə məna verir? – ARAŞDIRMA

Xəbərlər 10 Fevral 2017 00:00 1238
Pasportların rəngi nə məna verir? – ARAŞDIRMA

Dünyada pasportlar üçün 5 rəng qəbul edilib - qırmızı, yaşıl, göy, qara və onların çalarları. Seyyah.az ölkələrin pasport rənglərinin mənalarını təqdim edir

Hər hansı bir ölkənin pasportunun rəngi həmin ölkənin coğrafi mövqeyini dinini, siyasətini və tarixini əks etdirir.

Avropa Şurasına üzv ölkələrdə pasportun rəngi tünd qırmızıdır. Türkiyədə də həmçinin sənədlər üçün bu rəng seçilib. Lakin əvvəllər Türkiyə pasportlarının üz qabığı yaşıl rəngdə idi.

Rusiya və Çində isə pasportun üz qabığı al qırmızı rəngdədir. Bu da həmin  ölkələrin vaxtıylə kommunist ölkələri olmağından xəbər verir.

Karib regionu, Şimali və Cənubi Amerika, Okeaniya ölkələrinin pasport rənglərinin  üz qabığı isə göy rəngdədir. Göy rəng yeni dünya mənasını ifadə edir. İslam ölkələrində isə pasportlar yaşıl rəngdədir, bu da bu ölkələrin dini inancları ilə bağlıdır.

Qara rəngli pasporta sahib ölkələr Botsvana,  Zambiya və Yeni Zelandiyadır. Bu rəng pasportlar daha praktikdirlər, çünki çirklənmirlər.

Bəzi ölkələr pasport rənglərini dövlət bayraqlarına uyğun müəyyən edirlər. Məsələn, İsveçrədə al qırmızı rəngdən istifadə edilir. Bu, həmin dövlətin bayraq rəngi ilə əlaqədardır. Ukraynada isə pasport göy rəngdədir.

 

ABŞ-da ilk pasport qırmızı rəngdə olub. Sonra yaşıl, daha sonra qara və nəhayət 1970-ci ildə göy rəng qəbul edilib.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR