Türk Hava Yollarına məxsus təyyarə avtobusla toqquşub. Hadisə Atatürk hava limanında baş verib.
Seyyah.az “Airlive”ə istinadən xəbər verir ki, təyyarə Qaziantep şəhərindən havaya qalxıb . Bu zaman avialayner terminalların avtobuslarından biri ilə toqquşub.
Qeyd edək ki, qəza törədən “Airbus 321” təyyarəsi olub. Adı çəkilən təyyarə hava yollarına yeni gətirilib və 20 gün idi ki, istifadə edilirdi. Qəza zamanı xəsarət alanlar barədə məlumat verilmir.
“THY” Bakı ofisindən verilən məlumata görə, uçuşlar Bakı ofisinə aid olmadığından qəza barədə məlumatsızdılar.