Depressiyadan əziyyət çəkənlər üçün - XÜSUSİ OTEL

Xəbərlər 12 Fevral 2017 00:00 883
Depressiyadan əziyyət çəkənlər üçün - XÜSUSİ OTEL

Airbnb saytı Pantone rəng institutu ilə birlikdə otel açıb. Londonda yerləşən məkan qış depressiyası ilə mübarizə aparan insanlar üçün nəzərdə tutulub.

"Tərsinə ev" adlanan otelin interyeri 2017-ci ilin rəngində - "Greenery" qammasında yerinə yetirilib. Məkan müxtəlif bitkilərin çoxlu sayda dibçəkləri ilə bəzədilib. Otaqlardan birində ayışdöşəyi, kolluqlar və ağaclardan ibarət əsl meşə təşkil edilib. Otel əhval-ruhiyyəni qaldırmaq, ilham vermək və mövsümi depressiyadan can qurtarmağa kömək etmək üçün nəzərdə tutulub.

Mənbə: http://www.buro247.az/lifestyle/news/depressiyadan-ziyy-t-k-nl-r-n-otel.html

OXŞAR XƏBƏRLƏR