Yeni layihə başlayır

Xəbərlər 13 Fevral 2017 00:00 1709
Yeni layihə başlayır

“Cubic School of Fine Arts”da yeni yaradıcılıq axşamları layihəsinə başlanılıb. Yaradıcılıq axşamlarında məşhur rəssamların həyat və yaradıcılıqları, müraciət etdikləri üslublar və eləcə də ərsəyə gətirdikləri rəsm işlərinin müzakirəsi nəzərdə tutulur. Bu müzakirələr zamanı əldə edilən təcrübə və  biliklər  baş tutacaq məşğələlərin əsasını təşkil edəcək. Məşğələlərdə müzakirə edilən rəssamın seçilmiş bir əsəri  təhlil olunacaq və iştirakçılar tərəfindən yenidən canlandırılacaq.

Qonaqlar məşğələ zamanı fərdi yanaşma və zəruri ləvazimatlar (malbert, kətan, palitra, akril rənglər, firçalar və s.) ilə təmin olunacaq. Buraya həmçinin ”snacks” və içkilər daxildir.

 

Tədbir  şənbə günü, 18 fevral, saat 19:00-da keçiriləcək. Tədbirdə iştirak haqqı 30 manatdır.

OXŞAR XƏBƏRLƏR