“Turp” yenidən səhnədə olacaq

Xəbərlər 13 Fevral 2017 00:00 673
“Turp” yenidən səhnədə olacaq

Azərbaycan Dövlət Kukla Teatrında rus xalq nağılı  - “Turp” nümayiş olunacaq. Artıq məşqləri gedən tamaşa daha çox aşağı yaş qrupuna daxil olan  tamaşaçılar üçün nəzərdə tutulub.

Klassik xətti qorunub saxlanılan tamaşaya yeni obrazlar artırılmaqla dramaturji baxımdan daha da zənginləşdirilib.

“Güc birlikdədir” ideyasını əsas götürən tamaşaya  teatrın baş rejissoru Qurban Məsimov quruluş verib.

Vizual elementlər və rəngarəng musiqilərlə  zəngin səhnə işinin rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Teatrın aparıcı aktyoru, Respublikanın Əməkdar artisti Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə hazırlanan birhissəli uşaq tamaşasında  qolçaq kuklalardan istifadə olunur. Əsas oyun xətti hazırlanma texnikasına görə gərdək arxasından olacaq tamaşada  Rəhman Rəhmanovla (Baba) yanaşı daha iki canlı plan oyunu nəzərdə tutulur.

Martın əvvəllərində  premyerası baş tutacaq tamaşada rolları Cəmilə Allahverdiyeva, Cavid Telman, Aygül Ağayeva, Nərmin Əhmədova, Samirə Nəcəfova, Vüsal Hüseynov, Elnur Əliyev və Firuzə Nəsibli ifa edirlər.

OXŞAR XƏBƏRLƏR