“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

Xəbərlər 13 Fevral 2017 00:00 1141
“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

Öz sağlamlığının qeydinə qalan və gözəl qocalmaq istəyən hər bir şəxs həyatında heç olmasa bir dəfə “Chenot Palace Gabala” müalicə-sağlamlıq otelində olmalıdır.

Anri Şeno dünyanın ən məşhur dietoloqlarından biridir. Onun İtaliyanın Merano şəhərində yerləşən "Chenot" otelində hər il Fendi və Kavalli ailələri, Monako şahzadələri, Qətər əmirləri, Zinəddin Zidan kimi məşhurlar dincəlirlər. Lakin günlərin birində o, qərara gəlir ki, öz qonaqları üçün bu lyuks istirahət mərkəzini daha yaxın etsin. 5 il öncə ölkəmizə təşrif buyuran cənab Şeno Azərbaycanı qarış-qarış gəzərək ən füsunkar bölgələrimizdən birində - Qəbələdə öz otelini açmaq qərarına gəlir.

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

Cənnət məkana yol 
Yayda yaşıla, qışda bəyaz qara bürünən Qəbələ Bakıdan 3 saatlıq uzaqlıqda yerləşir. Turistlər bu mənzərəni quş uçuşu yüksəkliyindən - Qəbələ Beynəlxalq hava limanına enən təyyarələrdən də seyr edə bilərlər. Deyilənlərə görə, hətta cənab Şenonun özü də otelin tikiləcəyi məkanı göydə - vertolyot gəzintisi zamanı seçib. Qafqaz dağlarının qoynunda yerləşən bu ecazkar yer onun ürəyini ram edib. Yeri gəlmişkən, Qəbələ aeroportundan otelə yol cəmi 20-25 dəqiqədir.

72 nömrədən və şəxsi SPA mərkəzi olan 3 villadan ibarət "Chenot" oteli tanınmış fransız memarı Mişel Juannenin layihəsi əsasında tikilib. Layihənin əsas ideyası təbiətlə vəhdət təşkil etmək olduğu üçün burada bütün nömrələrin terrasları, hətta lobbi, hovuz və dəhlizlər belə Qəbələnin incisi sayılan Nöhurgölə açılır. Oteldə bütün detallar ideal düşünülüb: istər büllur çilçıraqlar, istər interyeri tamamlayan taxta qapılar və kaminlər, istərsə də tanınmış fırça ustalarının bənzəsiz rəsm əsərləri gözünüzü oxşayacaq.

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

"Chenot" metodunun sirri
"Chenot" otel-sağlamlıq mərkəzində müalicə kursu tibbi diaqnostika ilə başlayır. Bu, mərkəzin yüksək ixtisaslı mütəxəssislərinə qonaqların sağlamlığının vəziyyətini qiymətləndirməyə və ən əsası orqanizmin tələbatlarını öyrənməyə kömək edir. Yarım əsrə yaxındır ki, uğurla tətbiq olunan prosedurlar bədəni toksinlərdən azad etməyə, həyat enerjisini bərpa etməyə və orqanizmə harmoniyanı qaytarmağa kömək edir.

Metodun əsas konsepsiyası hətta 50 yaşında belə gümrahlığı insanın son gününədək qoruyub saxlamaqdır. Anri Şeno hesab edir ki, qocalıq heç də xəstəlik əldə etmək deyil, sadəcə yaşa dolmaqdır. Gözəl yaşlanmaq üçün isə biz ilk növbədə öz həyat, düşüncə, qidalanma və hərəkət tərzimizi yenidən nəzərdən keçirməliyik.

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

Unikal müalicə üsulu
Mərkəzdə ilk gün həkimlə konsultasiyadan başlayır. Görüşdən öncə sizə verilən xüsusi kitabçada haqqınızda bəzi məlumatları - yaşınızı, boyunuzu, çəkinizi, keçirdiyiniz xəstəlikləri, o cümlədən ailə üzvlərinizin və yaxın qohumlarınızın xəstəliklərini qeyd etməli, "Chenot" mərkəzində terapiyadan olan gözləntilərinizi qeyd etməlisiniz.

Ən böyük üstünlüklərdən biri xüsusi olaraq "Chenot" mərkəzinin Qəbələ filialı üçün əldə olunan tibbi avadanlıqlar və cihazlardır. Hətta bəzi tibbi cihazlar orqanizminizdə nə vaxtsa baş verəcək ağır xəstəlikləri öncədən müəyyənləşdirə bilər.

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

Məsələn, burada tətbiq olunan prosedurlardan biri Neurac metodikasıdır. Bu prosedur xüsusilə ofis şəraitində çalışan insanlar üçün nəzərdə tutulub. Qırmızı kəndirlər və xüsusi bağlarla bədəninizin passiv əzələləri aktiv hala gətiriləcək, orqanizminiz daha gümrah olacaq. 
Antiqravitasiya qaçış meydançasında isə yaşlı, lakin fiziki cəhətdən aktiv olmaq istəyənlər, oynaq sistemində problem olanlar və əməliyyat keçirənlər, travma alan və artıq çəkili insanlar istifadə etməklə uğurlu nəticə ala bilərlər.

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

Dominik Şenodan sağlam qidalanma reseptləri
Otelə gəldiyiniz ilk gün mərkəzin elmi komandası tərəfindən sizə iki müxtəlif sxem - detoks və biolayt pəhrizi təklif olunacaq. Menyu Anri Şenonun həyat yoldaşı Dominik Şeno tərəfindən tərtib olunub. Bu menyuda duz, şəkər tozu, un, yumurta, ət, süd və heyvani mənşəli yağlardan istifadə olunmur, içki olaraq yalnız adi, limonlu və alma sirkəli su, bitki çayları və kofeinsiz kofe təklif olunur, şirniyyatdan imtina etmək məcburiyyəti verilir. Bütün yeməklər aşağı temperaturda, çiy hazırlama və turşuya qoyma kimi üsullardan istifadə edilməklə hazırlanır.

Xanım Şeno həyat yoldaşının xeyirli hesab etdiyi meyvə-tərəvəzlərdən yeməklər hazırlamaq üçün bu reseptlər üzərində illərlə çalışıb. Düzdür, ilk günlər yeməklərə öyrəşməkdə çətinlik çəkə bilərsiniz, lakin yuxu rejimində sabitlik və gümrahlıq hissinin bərpasının qidadan birbaşa asılı olduğuna özünüz də şahid olacaqsınız. Yeri gəlmişkən, pəhriz yeməklərinin hazırlanması üzrə mütəxəssis olmaq istəyirsinizsə, "Chenot" mərkəzində kulinariya kurslarına yazıla bilərsiniz.

Ruhunuzu rahatladacaq prosedurlar
Xanım Şeno həyat yoldaşının bütün metodlarını öz əlavələri ilə mükəmməl bir şəklə gətirib. Mərkəzin menyusundan başqa, o, həm də "Chenot" kosmetika və dəriyə qulluq vasitələrinin, habelə SPA mərkəzinin kosmetoloji prosedurlarının hazırlanmasına nəzarət edir.

Mərkəzin tibb personalı tərəfindən orqanizmin yaxşılaşması və enerji bərpasına yönəlmiş bir sıra xüsusi prosedurlar tətbiq olunur. Estetik bölümdə sizə əzələlərin bərpası üçün masaj, fito-aromaterapiya, bədən, üz və saç dərisi, həmçinin qırışlardan azad olmaq üçün prosedurlar, limfodrenaj, manikür və pedikür kimi xidmətlər təklif edilir.

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

“Chenot Palace Gabala” – unikal otel və sağlamlıq mərkəzi

"Chenot" mərkəzində müalicələr xüsusi sxem üzrə aparılır. Həm burada verilən xüsusi qidalar, həm də qəbul olunan vannalar, müalicəvi otlardan düzəldilmiş palçığa bürünmələr, kreokamera və digər prosedurların nəticəsində orqanizminizdə yeni mübadilə proqramı formalaşır.

Daha ətraflı məlumat üçün əlaqə:
Vebsayt: chenotpalace.com
Mob.: +994 50 290 2878
Facebook: Chenot Palace Gabala
Instagram: Сhenot Palace Hotel

 

OXŞAR XƏBƏRLƏR