“Şahdağ”da yeni kampaniya başladı

Xəbərlər 13 Fevral 2017 00:00 1006
“Şahdağ”da yeni kampaniya başladı

Artıq qış mövsümü başa çatmaq üzrədir. Lakin yerli və xarici turistlərin ölkəmizdə olan qış istirahət mərkəzlərinə marağı demək olar ki, azaltmayıb.

Seyyah.az  Şahdağda xüsusi təklif edən hotelləri təqdim edir.

“Şahdağ Hotel və SPA”- mehmanxana xizəkçilər üçün yeni kampaniya təklif edir. Hotelə iki nəfərlik otaqda bir nəfərin gecələməsi 85 manatdır. Lakin bu qiymət həftə içi üçün nəzərdə tutulub. Həftə sonu iki nəfərlik standart otaqda bir nəfərin gecələməsi isə 102 manatdır. Qiymətə  bir günlük “Ski pass” və səhər yeməyi daxildir.

Hotelin digər deluxe otaqlarında iki nəfərlik standart otaqda  bir nəfərin gecələməsi  həftə içi 105 manat, həftəsonu isə 133 manatdır. Qiymətə bir günlük “Ski pass”, 2 saat individual xizək dərsləri və səhər yeməyi daxildir.

Digər bir deluxe nömrədə isə həftəiçi 140 manat, həftəsonu isə 167 manata adıçəkilən hoteldə gecələmək mümkündür. Qiymətə səhər yeməyi, bir günlük “Ski pass”, 2 saat individual xizək dərsləri , xizəklərin icarəsi  daxildir.

Qeyd edək ki, Şahdağda daha bir hotel - “Zirvə” otel də müştərilərinə kampaniya təklif edir. Hotellərin qiymətlərinə gəlincə isə iki nəfərlik standart otaqda bir nəfərin həftə içi gecələməsi 65 manatdır. Qiymətə iki nəfərlik otaqda bir nəfərin gecələməsi və bir günlük “Ski pass” daxildir. Həftəsonu bu xidmətlərdən yararlanmaq 80 manatdır. Digər bir nömrədə gecələmək isə 93 manatdır. Bu qiymətə iki nəfərlik otaqda gecələmə, bir günlük “Ski pass”, 2 saatlıq fərdi xizək dərsləri daxildir.   Həftəsonu bu xidmətlərdən yararlanmaq isə 155 manatdır.

 

Digər bir xidmətə isə iki nəfərlik otaqda gecələmə, bir günlük “Ski pass”, 2 saatlıq fərdi xizək dərsləri , xizəklərin icarəsi daxildir. Bu xidmətlərdən yararlanmaq  iki nəfərlik otaqda 1 nəfər üçün həftəiçi 118 manat, həftəsonu isə 140 manatdır.

OXŞAR XƏBƏRLƏR