Azərbaycanda Snouboard dərsləri keçiriləcək – PULSUZ MASTER-KLASS

Xəbərlər 13 Fevral 2017 00:00 561
Azərbaycanda Snouboard dərsləri keçiriləcək – PULSUZ MASTER-KLASS

Snoubord həvəskarları  üçün fevralın 18-i və 19-u skeytboard dərsləri keçiriləcək. Snoubord üzrə master Maksim Kruqlov iştirakçılara "Şahdağ" Turizm Mərkəzində Master-Klass keçmək və "The Fourth Phase" filminin təqdimatını etmək üçün Şahdağin qonağı olacaq.

Seyyah.az həmin günlərin proqramını təqdim edir:

Fevralın 18-i üçün proqram:

Saat 12:00-dan 17:00-dək "Snow Park" da görüşüb Maksimlə tanışlıq olacaq. Beş saat boyunca "park" və "frirayd" üslubunda sürüş bacarıqları inkişaf etdiriləcək.

19:00-dan 20:00-dək - Axşam yeməyi

20:00-dan 21:00-dək - Nəzəriyyə

21:00-dan 00:00-dək - Film nümayişi və sərbəst vaxt

Fevralın 19-u üçün proqram:

09:00 - Səhər yeməyi

10:00 - "Snow Park" da görüş

10:30-dan 17:00-dək - "Frirayd" üslubunda sürüş

Saat 18:00 - Bakıya qayıdış

Qeyd edək ki, ustad dərslərində iştirak pulsuzdur. Digər xidmətləri isə özünüz sifariş verəcəksiz.

 

Tədbirin ikinci günü  komandalar arasında yarış keçiriləcək. Yarış iştirakçıları artıq qeydiyyatdan keçdiyindən  tədbirə qoşulmaq istəyənlər  ustad dərslərini və yarışları kənardan izləyə bilərlər.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR