“Pobeda Airlines” biletləri geri alacaq – YENİ QAYDA

Xəbərlər 13 Fevral 2017 00:00 571
“Pobeda Airlines” biletləri geri alacaq – YENİ QAYDA

Rusiyaya məxsus Pobeda aviaşirkəti sərnişinləri üçün yeni təkliflə çıxış edib. Belə ki, bundan sonra “Pobeda Airlines” sərnişinləri biletləri əlavə ödəniş  etməklə həm dəyişə, həm də geri qaytara bilərlər.

Seyyah.az xəbər verir ki, indi 2000 rubl ödəməklə bron etdiyiniz biletin vaxtını və uçuş istiqamətini dəyişmək mümkündür.

 

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, “Pobeda Airlines” yalnız premium biletləri geri götürürdü. Digər müştərilər isə biletlərini geri qaytara bilmirdilər. Yeni qaydalara əsasən isə 12 saatdan gec olmayaraq əlavə ödəniş etməklə bileti dəyişmək mümkündür.

OXŞAR XƏBƏRLƏR