Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatı aparılır. Nazirlikdən seyyah.az-a verilən məlumata görə, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotel Stars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir. 2015-ci ildə Bakı şəhərində I Avropa İdman Oyunlarının keçiriləcəyini nəzərə alaraq, bu sahədə müvafiq işlər görülür. Nazirlik tərəfindən 17.04.2014 - 17.04.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib:
1. "Fairmont Baku" mehmanxanası (5 + ulduz),
2. "Qafqaz Point Hotel" mehmanxanası (5 ulduz),
3. "Astoria Baku mehmanxanası (4 ulduz),
4. "Modern Hotel" mehmanxanası (4 ulduz),
5. "Çıraq Plaza" mehmanxanası (4 ulduz).