Tehran otellərinin – QİYMƏTLƏRİ

Xəbərlər 14 Fevral 2017 00:00 1498
Tehran otellərinin – QİYMƏTLƏRİ

Hər il ölkəmizə yüzlərlər turist gəlir. Qonaqlar arasında yaxın qonşularımız da yer alır. Belə ölkələrdən biri də İrandır. Elə azərbaycanlı turistlər də İrana üz tuturlar. Əsasən də ölkə vətəndaşları tibbi turizm üçün gedirlər.

Bəs görəsən İranın paytaxtı Tehranda otellərdə gecələmək neçəyədir? Seyyah.az oxucularına Tehran otellərinin qiymətlərini təqdim edir.

“Esteghlal East in Tehran”

Tehranın mərkəzində yerləşən otel 5 ulduzludur. Hoteldə bir gecəlik single otaqlar 150 dollardı. Double otaqlar isə 180 dollardı. Göstərilən qiymətə səhər yeməyi də daxildir.

“Esteghlal West”

Hotel 5 ulduzludur. Hoteldə single otaqlar 135, double otaqlar isə 160 dollardı. Qeyd edək ki, digər İranda yerləşən əksər otellər kimi “Esteghlal West”də də göstərilən məbləğə yalnız səhər yeməyi daxildir.

“Laleh Hotel”

Hotel Tehranda yerləşir 5 ulduzludur. Hotelin nömrə qiymətlərinə gəlincə isə həm single həm də double roomlar 215 dollardı.

“Enghelab Hotel”

Hotel 4 ulduzludur. Mehmanxana da single və double nömrələrin qiyməti 130 dollardı. Qiymətə oteldə gecələmək və səhər yeməyi daxilir.

“Asareh Hotel”

Hotel 4 ulduzludur. Qiymətə yalnız səhər yeməyi və oteldə gecələ daxildir. Qiymətlərə gəlincə isə single room 100 dollar, double roomlarda qalmaq isə 140 dollardı.

“Mashhad Hotel”

Hotel 3 ulduzludur. Hoteldə single roomlar 100-ə, double roomlar isə 130 dollaradır.

“Shiraz Hotel”

Hotel Tehran şəhər mərkəzindən bir qədər aralıda yerləşir. Səhər yeməyinin də daxil olduğu otaq qiymətləri isə belədir. Single roomlar 80, double roomlar 115 dollar.

“Parastoo Hotel”

Mehmanxana şəhər mərkəzindən elə də uzaqda deyil. 2 ulduzlu oteldə single roomda gecələmək 70 dollardı. Double otaqların qiyməti isə 90 dollardı. Bu qiymətə əlavə olaraq səhər yeməyi də verilir.

 

Qeyd edək ki, İran otelləri haqqında məlumat əldə etmək elə də asan deyil. Belə ki,əksər otel xidməti göstərən saytlarda adı çəkilən ölkənin otel və istirahət mərkəzləri haqqında demək olar ki, məlumat olmur.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR