Turistlər Kosmosa da gedə biləcəklər

Xəbərlər 14 Fevral 2017 00:00 629
Turistlər Kosmosa da gedə biləcəklər

Seyyah.az-ın RİA Novostiyə istinadən verdiyi xəbərə görə Rusiya şirkəti kosmosa turist səyahətləri təşkil edəcək. KosmoKurs –un rəsmisinin verdiyi məlumata görə ilk sınaq uçuşu 2018-ci ildə həyata keçiriləcək. Yalnız bundan sonra uçuşların həyata keçiriləcəyi bildirilir. Biletlərin qiymətlərinin ilkin başlanğıc qiymətinin  200-250 min dollar arasında olacağı bildirilir. Lakin sonradan qiymətlərin bahalaşacağı istisna edilmir. Lahiyənin ümumi dəyəri 150 milyon dollar təşkil edir. Kosmosa uçuşların uğurlu sınaqlardan sonra 2020-ci ildə həyata keçiriləcəyi bildirlir. Təşkilatçılar ilk növbədə məşhur simaların bu uçuşlara cəlb etmək niyyətində olduqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR