Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Xəbərlər 15 Fevral 2017 00:00 488
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycan cinayətkarlıq səviyyəsinin göstəricisinə görə dünyanın 20 ən təhlükəsiz ölkələri siyahısına daxil edilib. Seyyah.az-ın verdiyi xəbərə görə,  reytinq ölkələr və şəhərlər barədə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbeo” resursu tərəfindən hazırlanıb.  

Resursun 125 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri siyahısında 18 yerdə qərarlaşıb. İlk onluqda Qətər, Sinqapur, Avstriya, BƏƏ, Honqkonq, Gürcüstan, Yaponiya, Danimarka və Belarus yer alıb.    

Venesuela, Honduras, Cənubi Sudan, Cənubi Afrika, Nigeriya, Braziliya və Salvador ən kriminal ölkələr siyahısında yer alıb.

 

Mənbə: APA

OXŞAR XƏBƏRLƏR