Kreditlə tur təklif edən şirkətlərin – SİYAHISI

Xəbərlər 15 Fevral 2017 00:00 1738
Kreditlə tur təklif edən şirkətlərin – SİYAHISI

Azərbaycanda kreditlə sərfəli tur təklif edən turizm şirkətlərinin sayı azalıb. Səbəb bankların bu tipli kreditləri dayandırmasıdır.

Seyyah.az-a açıqlama verən turizm şirkətinin əməkdaşı Ülfanə Mahmudova bu səbəbdən turizm şirkətlərinin də belə xidmətlər təklif etməsində çətinliklər yarandığını bildirib.

Qeyd edək ki, daxili bazarda onlarla turizm şirkətləri olmasına baxmayaraq şirkətlərdən yalnız dördü - “Turizm.Az”, “Atlas travel”, “Baku travel & Tourism” və  “Turda.Az”  müştərilərinə kreditlə turlar təşkil edir.

Kreditlə turun şərtləri

Kreditlə səyahətə gedən şəxsin ilk növbədə iş yerindən arayışı olmalıdır.Həmin şəxsin əmək haqqı 400 manatdan aşağı olmamalıdır.

Bundan başqa səyahətə gedən şəxsin zamini olmalı və həmin şəxs də iş yerindən arayış təqdim etməlidir. Kreditlə turdan, əsasən, “Bolkart” sahibləri daha tez yararlana bilərlər. Çünki əksər banklar  və kredit təşkilatları kredit vermədiyindən adıçəkilən kart bu cür  xidmət təklif edir.

Kreditlə tur, əsasən, 6-9-12 aya verilir. Şərtlərdən biri də budur ki, tur paketin qiyməti 500 manatdan az olmamalıdır. Tur paketin maksimum məbləği isə 1000-1500 manat, kredit faizi isə illik 17-18 faiz olur.

Qeyd edək ki, bəzi turizm şirkətləri öncədən hissə-hissə ödənişlər etməklə tur paketi almağı təklif edirlər. Lakin bu zaman turist artıq tur başlayan vaxta ödənişi tam ödəyib bitirməlidir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR