İllik Workshop keçiriləcək

Xəbərlər 15 Fevral 2017 00:00 475
İllik Workshop keçiriləcək

Fevralın 16-da Bakıda turizm biznesinin peşəkarları üçün “B2B Luxury & MICE Workshop” illik Workshop keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Seyyah.az-a verilən məlumata görə, tədbirin təşkilatçıları Azərbaycandan olan tərəfdarları ilə birgə Britaniyanın “TMI Consultancy” konsaltinq şirkətidir.

Eyni zamanda Almatıda və Tbilisidə keçiriləcək Workshoplar “B2B Luxury & MICE Workshop” layihəsinin bir hissəsidir.

Workshop təşkilatçıların xarici qonaqlar üçün xüsusi olaraq hazırladıqları Azərbaycandan xaricə turizm bazarının təqdimatı ilə başlayacaq. Bu təqdimat çərçivəsində “B2B Luxury & MICE Workshop”  Bakıda aparıcı turizm agentiklərinin nümayəndələri, ekspertlər ilə sual-cavab formatında diskussiya təşkil edəcək.

 

“B2B Luxury & MICE Workshop”da ilk dəfə “Belmond” (dünya üzrə), “Grecotel” (Yunanıstan), “Kilit Hospitality Group” (Türkiyə) və “Vichy Célestins Spa Hôtel” (Fransa) kimi məşhur və nüfuzlu hotel və hotellər qrupu iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR