Four Seasons Hotel Baku-da Teddi ayıcıqı ilə səhər yeməyi-Günay Malikqızı nağıl oxuyacaq

Səhər yeməyinin qiyməti bir nəfər üçün 35 manatdır
Xəbərlər 23 Aprel 2014 00:00 1536
Four Seasons Hotel Baku-da Teddi ayıcıqı ilə səhər yeməyi-Günay Malikqızı nağıl oxuyacaq

Four Seasons Hotel Baku balacaları Teddi ayıcıqı ilə səhər yeməyinə dəvət edir. Seyyah.az-ın məlumatına görə, səhər yeməyi hər şənbə günü səhər saat 11:00-dan 14:00-a kimi olacaq.


Səhər yeməyini daha maraqlı etmək məqsədi ilə, Four Seasons Hotel Baku ailəsi balaca müsafirlər üçün xüsusi dəvət olunmuş qonaqlar tərəfindən oxunacaq nağıl vaxtı da təyin edib.

 

Balaca qonaqlara nağılları bu dəfə Günay Malikqızı oxuyacaq.


Bundan əlavə, iştirakçılar hər şənbə oyuncaq ayı balaları da əldə edəcəklər. Toplanılan bütün vəsait xeyriyyə məqsədi ilə “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyininə təqdim olunacaq.

 

Səhər yeməyinin qiyməti bir nəfər üçün 35, ayıcığın qiyməti isə 8 manatdır. 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. 6 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün – 50% endirim edilir. 

 

Daha ətraflı məlumat və rezervasiya üçün: +994 12 404 24 24 və ya zafferano.bku@fourseasons.com

OXŞAR XƏBƏRLƏR