Bu ölkəyə əhalisindən 2 dəfə çox turist gəlib

Xəbərlər 15 Fevral 2017 00:00 526
Bu ölkəyə əhalisindən 2 dəfə çox turist gəlib

2016-cı ilin statistikasına görə,  Avropada ən çox turist qəbul edən ölkə İslandiyadır. Seyyah.az qərb KİV-nə istinadən xəbər verir ki, ötən il İslandiyaya 1 milyondan çox turist səfər edib.

Artım tempi bu ölkəyə səfər edənlərin sayının 20 dəfə artdığını göstərir. Qeyd edək ki,İslandiya gələn turistlərin sayı bu adada yaşayan sakinlərin sayından çoxdur.

Bundan başqa 2015-ci illə müqayisədə 2016-cı ildə İslandiyaya gələn turistlərin sayında 40 faiz artım olub. Məlumat üçün bildirək ki, ümumilikdə ötən il Avropaya 620 milyon turist gəlib. İslandiyaya ən çox turistlər ABŞ, Çin və Yaponiyadan gəlib.

Ekspertlərin fikrincə, İslandiyaya gələn turistlərin sayının artmasına təsir edən əsas amillərdən  biri də Avropada terror təhlükəsinin olması ilə əlaqədardır. 

OXŞAR XƏBƏRLƏR