Azərbaycan Dünya Turizm Forumuna qatılacaq

Xəbərlər 15 Fevral 2017 00:00 452
Azərbaycan Dünya Turizm Forumuna qatılacaq

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 16-18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.

Nazirlikdən Seyyah.az bildirilib ki, forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə “İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin qeyd edilməsi, eyni zamanda bu ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlər keçiriləcək.

Həmçinin tədbir çərçivəsində nazirlər üçün təşkil ediləcək xüsusi “dəyirmi masa”da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı da nəzərdə tutulub. 

OXŞAR XƏBƏRLƏR