Ucuz reyslər açılır – 35 FUNTA LONDONA

Xəbərlər 16 Fevral 2017 00:00 744
Ucuz reyslər açılır – 35 FUNTA LONDONA

“Wizz Air“ aviaşirkəti Kutaisidən Londona ucuz reyslər açır. Seyyah.az xəbər verir ki, yeni aviareys  bu il iyun ayının 18-dən etibarən işə düşəcək. Reysin qiyməti cəmi 35 funtdur.

Macarıstanın “Wizz Air” loukosteri   həftədə iki dəfə Kutaisidən Londona birbaşa uçuşlar həyata keçirəcək. Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin verdiyi məlumata görə, uçuşlar Kutaisidə David Aqmaşenebeli adına  beynəlxalq hava limanından həyata keçiriləcək.

 

Londona uçuşlar Airbus A320 və A321 təyyarələri ilə həftənin 2-ci və 4-cü günləri baş tutacaq. Həyata keçiriləcək yenilik nəinki Gürcüstan turizminə, həmçinin ingilis turistlərin Azərbaycanı yaxından tanımağına imkan verəcək.

Mənbə:  Turizm.fins

OXŞAR XƏBƏRLƏR