Moskvadan Azərbaycanın bölgələrinə – UCUZ UÇUŞLAR

Xəbərlər 18 Fevral 2017 00:00 678
Moskvadan Azərbaycanın bölgələrinə – UCUZ UÇUŞLAR

Martın 15-dən etibarən AZALJET brendi  ("Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli brendi) altında Moskvanın "Vnukovo" hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.

"Vnukovo" Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 20:30-da. Qəbələ və Gəncədən uçuş - saat 20:30-da, "Vnukovo" Beynəlxalq Hava Limanına enmə - yerli vaxtla saat 22:20-də.

Aviabiletlərin qiymətləri 49 avrodan başlayacaq (bir istiqamətdə). Baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdə əldə etmək mümkündür.  

OXŞAR XƏBƏRLƏR